Honkonq ardıcıl etirazlar fonunda sabit maliyyə mərkəzi reputasiyasını itirə bilər.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Əgər Honkonq bu reputasiyasını Çin hakimiyyətinin pis idarəçiliyi səbəbindən itirərsə, bunun ciddi iqtisadi nəticələri olacaq”, – Bolton jurnalistlərə açıqlamasında deyib.