Əsas Səhifə Cəmiyyət İcra başçısı işçilərini dil kursuna göndərdi

İcra başçısı işçilərini dil kursuna göndərdi

2 dəqiqə oxundu
0
0
119

İcra hakimiyyəti aparatındakı işçilərin praktiki xarici dil bacarıqlarının artırılması məqsədilə əməkdaşlar ingilis dili kurslarına yönləndiriliblər.

Sosialxəbər.az xəbər verir ki, son illər Naftalan şəhərinə gələn xarici turist sayının artması səbəbindən belə bir addım atılıb.

Bu məqsədlə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə aparatın işçiləri üçün 3 aylıq ekspres ingilis dili kursu təşkil olunub. Kurslarda əsasən İcra Hakimiyyəti Aparatının gənc əməkdaşları iştirak edir. Gələcəkdə rus dili kursunun da təşkil olunması nəzərdə tutulur.

Xatırladaq ki, Naftalan ötən il rekord həddə – 61 ölkədən 40 min turist qəbul edib. Turizm xidmətləri sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə dünyada daha çox balneoloji turizm mərkəzləri kimi şöhrət qazanmış Fransanın Leqel, İtaliyanın Pozitano, Polşanın Umeyov və Rusiyanın Yessentuki şəhərləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.…