Əsas Səhifə Milli Qəhrəmanlar İH-dən Polad Həşimov küçəsi ilə bağlı açıqlama

İH-dən Polad Həşimov küçəsi ilə bağlı açıqlama

2 dəqiqə oxundu
0
0
132

Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil.

Sosialxəbər.az xəbər verir ki, bunu Report-a Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, general Polad Həşimovun adına verilən küçənin başlanğıcı Həzi Aslanov küçəsi ilə kəsişmədə yerləşir:

“Görünür, küçələrin kəsişməsi yanlış rəy yaradıb. Ancaq hər iki küçə tamamilə ayrıdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib”.

Xatırladaq ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olan zaman Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi barədə tapşırıq verib. Dövlət başçısı Qəbələnin küçələrindən birinə şəhid generalın adının verilməsini tapşırmışdı.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Milli Qəhrəmanlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…