Əsas Səhifə Sərəncamlar İlham Əliyev daha bir sərəncam imzaladı

İlham Əliyev daha bir sərəncam imzaladı

2 dəqiqə oxundu
0
0
106

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sosialxəbər.az sərəncamın mətnini təqdim edir:

1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Daha çox oxşar yazı
  • Ermənistan cəmiyyəti iki yerə bölünüb

    Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə…
  • Neft ucuzlaşdı

    Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…
  • İlham Əliyev Nikolu darmadağın etdi

    Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Sosialx…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Ermənistan cəmiyyəti iki yerə bölünüb

Ermənistan cəmiyyəti iki yerə bölünüb: keçmiş prezident Robert Köçəryanın tərəfdarları ilə…