Əsas Səhifə Sərəncamlar İlham Əliyev 4 sərəncam, 1 fərman imzaladı

İlham Əliyev 4 sərəncam, 1 fərman imzaladı

13 dəqiqə oxundu
0
0
441

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sosialxəbər.az xəbər verir ki, sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Hüseynov Tofiq Vaqif oğlu – general-mayor

Muradov İnqilab Heydər oğlu – general-mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Babayev Elxan Eyyub oğlu – polkovnik-leytenant

Həsənov Ayaz Şərif oğlu – polkovnik-leytenant

Xanbabayev Vahid Qəzənfər oğlu – polkovnik-leytenant

Kazımov Elbəy Cəfər oğlu – polkovnik-leytenant

Kərimov Oqtay Nəbi oğlu – polkovnik-leytenant

Kərimov Təbriz Vidadi oğlu – polkovnik-leytenant

Məmmədov Kamil İsmət oğlu – polkovnik-leytenant

Murğuzov İlqar Bəhram oğlu – polkovnik-leytenant

Mustafayev Urfan Lətif oğlu – tibb xidməti polkovnik-leytenantı

Zeynalov Namiq Qafar oğlu – polkovnik-leytenant

Əliyev Hüseyn Ağasəf oğlu – mayor

İsmayılov Ceyhun Təbriz oğlu – mayor

Məmmədov Kamran Kamil oğlu – mayor

Quliyev Qəşəm Qalib oğlu – kapitan

Yusifov Məmməd Ələkbər oğlu – kapitan

Məmmədov Cavanşir Əlsəddar oğlu – baş gizir.

***

Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512; 2007, № 9, maddə 871; 2008, № 9, maddə 797; 2010, № 6, maddə 501) 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Dövlət Komissiyasının sədri

Əli Əhmədov − Azərbaycan Respublikası Baş Nazirinin müavini

Dövlət Komissiyasının sədrinin müavini

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

Azərbaycan Respublikasının Səhiyyə naziri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.”.

***

İlham Əliyev “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Şahin Mustafayev − Azərbaycan Respublikası Baş Nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Bunu da oxu

Fransada koronavirusun (COVİD-19) yayılması ilə bağlı ilginc iddia ortaya atılıb

Fransada koronavirusun (COVİD-19) yayılması ilə bağlı ilginc iddia ortaya atılıb. Sosialxə…