Əsas Səhifə Sərəncamlar İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

3 dəqiqə oxundu
0
0
5

Prezident İlham Əliyev Ağcabədi rayonunda ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sosialxəbər.az sərəncamın mətnini təqdim edir:

1. Ağcabədi rayonunda ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 430 000 (on doqquz milyon dörd yüz otuz min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Vilayət Eyvazovdan daha bir təyinat

    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Aslanov Çingiz Rauf oğlu…
  • İlham Əliyev sərəncam imzaladı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mixail Qusmanın “Şərəf” ordeni ilə təltif …
  • İlham Əliyev sərəncam imzaladı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənnət Səlimovanın “Şərəf” ordeni ilə təlt…
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Bunu da oxu

Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların s…