Əsas Səhifə Cəmiyyət İlham Əliyev yenidən MOK prezidenti seçildi

İlham Əliyev yenidən MOK prezidenti seçildi

1 dəqiqə oxundu
0
0
35

 

Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib. Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib. Bu barədə qapalı keçirilən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: “İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bugünkü nailiyyətimizə təkan verən insandır”.

Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…