Əsas Səhifə İqtisadiyyat İlin əvvəlindən bu yana neft qiymətləri təxminən 60% ucuzlaşıb

İlin əvvəlindən bu yana neft qiymətləri təxminən 60% ucuzlaşıb

2 dəqiqə oxundu
0
0
105

İlin əvvəlindən bu yana neft qiymətləri təxminən 60% ucuzlaşıb.

Sosialxəbər.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Araşdırmada bildirilib ki, qiymətlərin bu qədər geriləməsi aysberqin görünən hissəsidir, əslində isə bazarda neft qeyd edilən rəqəmdən daha sürətlə geriləyir.

Agentlik bazarda neftin böyük endirimlərlə satıldığını, buna görə də hazırda birja qiyməti 25 dollar olan neftin dəyərinin 8-10 dollara qədər geriləyə biləcəyini yazıb.

“Real bazar əziyyət çəkir, amma ən pisi hələ qabaqdadır. Təklifin çox olmasının nəticələrini biz bir neçə həftə sonra görəcəyik”, – deyə “Gunvor Group”un həmtəsisçisi Torborn Tornkvist deyib.

Bununla belə agentlik hazırda real bazarda endirimlərin maksimum həddə çatdığını bildirib. Belə ki, Nigeriyanın “Qua İboe” neft markasını 3,1 dollarlıq endirimlə, Kolumbiyanın isə “Vasconia” markasını 7,75 dollar endirimlə təklif etdiyi vurğulanıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Neft ötən günlə müqayisədə bahalaşıb

    Neft ötən günlə müqayisədə bahalaşıb. Sosialxəbər.az xəbər verir ki, hazırda “Brent” marka…
  • Neft ucuzlaşdı

    Dünya birjalarında neft ucuzlaşıb. Sosialxəbər.az xəbər verir ki, hazırda “Brent” markalı …
  • Bakı nefti bahalaşdı

    Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…
Daha çox yükləyin İqtisadiyyat

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…