Əsas Səhifə Dünya İngiltərədə səliqəli evə çevrilmiş kiçik bina satışa çıxarılıb

İngiltərədə səliqəli evə çevrilmiş kiçik bina satışa çıxarılıb

2 dəqiqə oxundu
0
0
4

Böyük Britaniyada vaxtilə cadugərlikdə ittiham edilən insanların həbsxanası olmuş, hazırda isə səliqəli evə çevrilmiş kiçik bina satışa çıxarılıb.

Sosialxəbər.az “Live Science”-istinadən bildirir ki, evin sahibi Vanessa Mitçell onu artıq üçüncü dəfədir ki satmağa çalışır. O, “qan damcıları”nı və kabusları gördükdən sonra buradan köçüb.

Orta əsrlərdə “Qəfəs” kimi tanınan binanın hazırkı potensial alıcılarına onun keçmişi, həmçinin evin tez-tez televiziya kameralarının diqqətində olması barədə məlumat verilir.

Qeyd edilir ki, 1582-ci ildə keçirilmiş məhkəmə prosesi zamanı 14 qadın cadugərlikdə ittiham edilib. Onlardan 3-ü edam olunub. İttiham edilənlərdən biri, dar ağacından asılmaya məhkum edilmiş Ursula Kempin adı binanın divarında asılan xatirə lövhəsində əbədiləşdirilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirilib

Sosialxəbər.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət …