Əsas Səhifə Cəmiyyət İnkişaf etmiş ölkəmizdə mənim kimi köməksiz qalan insan var-dörd uşaq atası fəryad etdi

İnkişaf etmiş ölkəmizdə mənim kimi köməksiz qalan insan var-dörd uşaq atası fəryad etdi

3 dəqiqə oxundu
0
1
470

Saytımıza Göyçay rayonu Çərəkə kənd sakinindən məktub daxil olub. O,bildirir ki, çox ağır vəziyyətdə yaşayır və dəfələrlə bu barədə aidiyyatı qurumlara müraciət etsə də,müraciəti cavabsız qalıb. Dörd uşaq atasının müraciətini olduğu kimi təqdim edirik.

Mən göyçay rayon Çərəkə kənd sakini Əhmədov Əli Şakir oğlu 4 azyaşlı uşaq atasıyam, heç bir yerdən ünvanlı sosial yardım, pensiya almıram. Evim dağılmaq təhlükəsi ilə üz-üzədir. 1958-ci ildə çiy kərpicdən tikilib. Evin dam örtüyü yararsız olduğundan yağan yağış başımıza tökülür. Dörd körpə uşağla biz küçələrdə qalırıq.

Dəfələrlə Göyçay rayon icra başçısı müavininin yanında olmuşam. Mənə deyir ki, bizdə elə imkan yoxdur ki, sizə kömək edək. Üz tuturam kəndimizin icra nümayəndəsi Niyman Məcidova və oğlu kənd Bələdiyyəsinin sədri Mehman Məcidova onlarda deyirlər ki, gedin hara istəyirsiz şikayət edin. Bizim imkanımız yoxdur ki, sizin evi təmir etdirək. Göyçay rayon icra başçısının qəbuluna isə məni buraxmırlar ki, dərdimi deyim.

Nədə hər hansı bir işlə təmin olunmağıma köməklik göstərmirlər ki,işləyim özüm evimi təmir etdirim. Dörd azyaşlı uşağımla küçələrdə yaşamalı oluram. Xahiş edirəm mənim müraciətimi cənab prezidentə çatdırın. İnkişaf etmiş ölkədə mənim kimi köməksiz qalan insan var.
Əlaqə nömrəsi : +994 50 506 06 64

 

 

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…