“İnnovativ Media” JPAD İctimai Birliyi Azərbaycan Respublikasi Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı şəhərində“Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək ” adlı seminar keçirəcək.

Sosialxəbər.az xəbər verir ki, “İnnovativ Media” JPAD İctimai Birliyinin həyata keçirdiyi seminarda məqsəd sosial şəbəkələrdə yaranmış qruplar və onların fəaliyyəti iə bağlı fikir mübadiləsi aparılmasıdır. Seminarda bu qruplara qoşulan gənclərin, onların bura cəlb edilməsinin yaradacağı təhlükələr haqqında danışlacaq. Sosial şəbəkələrdən dövlətin və cəmiyyətin mənafeyi xeyrinə necə istifadə ediləcəyi ilə bağlı məlumat veriləcək. Eyni zamanda dövlətin milli maraqlarına cavab verməyən informasiyaların yayılmasına qarşı mübarizə, eyni zamanda onun qorunması ilə bağlı fəaliyyətin necə təşviq edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq.

QEYD: Seminarda “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri Aynur Nəsirova və BDU tədrris studiyasının müdiri Ramin Rzayev və PhD,jurnalist Almaz Nəsibova çıxış edəcəklər.

24,29 may 2019-cu il, saat 11-00 BDU- də keçiriləcək.
Əlaqə: 050 556 23 75 Aynur Nəsirova – “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri
email:nasibovabesti@gmail.com