Əsas Səhifə Cəmiyyət İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi üçüncü onlayn müzakirəsini keçirib

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi üçüncü onlayn müzakirəsini keçirib

3 dəqiqə oxundu
0
0
222

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” layihəsinin icrasını davam etdirir.

Sosialxəbər.az xəbər verir ki, layihə çərçivəsində üçüncü onlayn müzakirə keçirilib. Bu dəfə “Saxta xəbər hücumlarına qarşı effektiv mübarizə üsullarının müzakirəsi” mövzusu müzakirə olunub. “Fake news” hücumlarla ictimai və milli maraqların sıradan çıxarılmasına, sosial, siyasi, iqtisadi sabitliyin pozulmasına cəhdlər edilir, böhtan, yalan, yaxud sosial, milli ədavətlərin qızışdırılmasını körükləməyə çalışılır. Kütləvi və total hücum cəmiyyətdə böyük çoxluğun neqativ enerji daşıyıcısına çevrilməsinə səbəb olur.

Bu hücumların qarşısını almaq üçün hansı effektiv üsullardan istifadə etmək olar? Ən optimal mübarizə üsulları nədir?” sualları ətrafında keçirilən onlayn müzakirədə layihənin ekspertləri, QHT, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri iştirak edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…