Əsas Səhifə Hadisə İntihar edən Elinanın məktəbdə son günü: -VİDEO

İntihar edən Elinanın məktəbdə son günü: -VİDEO

3 dəqiqə oxundu
0
0
4

Özünü 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən səkkizinci sinif şagirdi Elina Hacıyevanın təhsil ocağında son gününün görüntüsü yayımlanıb.

Sosialxəbər.az buta.media-ya istinadən xəbər verir ki, videoda E. Hacıyeva sinif otağında, parta arxasındadır, ətrafdakı partaların arxasında sinif yoldaşları oturub. Dəftəri açır, vərəqə nə isə yazır.

Sonra çantasını qucaqlayıb bir neçə dəqiqə bu vəziyyətdə oturur. Tənəffüs zəngi çalınır, sonra Elina çantasını partanın üstünə buraxıb sinif otağından çıxır.

Dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır.

Xatırladaq ki, bir neçə gün əvvəl 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
video/befunky_collage_51554886125/” rel=”attachment wp-att-35811″>

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Həbsxanadan qaçan məhbus

    Belçikada yerləşən həsbxanalardan birinin ünvanına oradan qaçan məhbusdan açıqca gəlib. So…
  • Böyük şərqşünas alim vəfat etdi

    Böyük şərqşünas alim, ziyalı Cümşüd Muradov 93 yaşında dünyasını dəyişib. Sosialxəbər.az x…
  • 11 illik sirr açıldı

    2009-cu ildə Türk Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı həqiqət gizlə…
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Elməddin Behbud: “Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var”

Sosialxəbər.az bildirir ki, “Namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün …