Əsas Səhifə Dünya İrəvan Moskvadan hansı silahları və necə alır

İrəvan Moskvadan hansı silahları və necə alır

3 dəqiqə oxundu
0
0
572

Ermənistan Rusiyadan istədiyi qədər silah ala bilər. Məsələ kimin çox silah almasında deyil, daha keyfiyyətli silah almasındadır. Rusiya Ermənistana hər dəfə modernləşdirilmiş adı altında SSRİ istehsalı silahlar verir. Azərbaycan və Ermənistan ordusunu müqayisə etmək kifayət edir. Aprel döyüşləri hər şeyi aydın göstərdi.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Moskvada keçirilən “Ordu 2020” forumu çərçivəsində Ermənistan Müdafiə naziri David Tonoyanın Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev və “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyevlə görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan bu gedişlə çətin ki, müstəqil bir ölkə ola bilsin:

“Rusiyanın Ermənistana silah satması bizim maraqlarımıza uyğun deyil. Lakin bu da bir reallıqdır ki, Rusiya dövlət büdcəsini məhz silah satışı hesabına doldurur. Digər tərəfdən Moskvanın Ermənistana bu qədər çox və ucuz silah satmasının pərdəarxası məqamları var.

Mahiyyət etibarilə Rusiya silah satışı hesabına Ermənistanı daim özündən asılı vəziyyətdə saxlayır. Məsələ ondadır ki, “Rosoboroneksport” “Rostex” korporasiyasının tərkibinə daxildir. Məhz bu şirkət Rusiya silahlarının ixracını həyata keçirir. Ermənistan Rusiya şirkətlərindən silahları elə rəsmi Moskvanın verdiyi maliyyə kreditləri hesabına ala bilir. Yəni Ermənistan rusun pulu ilə rusun silahını alır. Heç kəsə sirr deyil ki, Ermənistan Rusiyadan aldığı borcları heç vaxt ona qaytara bilməyəcək. Əvəzində isə Rusiya bu ölkəni hər zaman nəzarətdə saxlayacaq və öz forpostu edəcək. Bunu Ermənistan rəhbərliyi də yaxşı anlayır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…