Əsas Səhifə Qarabağ İrəvanı çalxalayan təlim

İrəvanı çalxalayan təlim

6 dəqiqə oxundu
0
0
289

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı narahat edən məqamlar boş və əsassızdır. Azərbaycan müstəqil, suveren ölkədir və öz qanuni torpaqlarında Ordusunun döyüş qabiliyyətini artırmaq üçün hərbi təlimlər keçirə bilər. Əgər bu, Ermənistanı narahat edirsə, günü bu gün müharibəni bitirə bilər. Sülh şərtləri isə məlumdur.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı Türkiyə və Azərbaycan ordularının birgə təlimi haqda sözlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan təlimləri və qardaş ölkənin Cənubi Qafqazda fəaliyyəti Ermənistanı ciddi qayğılandırır:

“Əks təqdirdə, İrəvan Türkiyənin Azərbaycanla birgə keçirdiyi hərbi təlimləri rəsmi Ankaranın Şərqi Aralıq dənizi, Şimali Afrika və Orta Şərqdə apardığı siyasətlə müqayisə etməzdi. Mnatsakanyan elə düşünür ki, Türkiyə hərbi varlığını bu gün Cənubi Qafqaza daşımağa çalışır. Məsələ ondadır ki, Ermənistan Xarici İşlər naziri bəzi məsələləri düzgün qiymətləndirə bilmir.

Birincisi, Türkiyə ilə Azərbaycan ilk dəfə deyil ki, regionda birgə hərbi təlimlər keçirir. Hər iki ölkə, hərbi əməkdaşlıq haqqında sazişə əsasən, ölkəmizdə quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə təlimlər keçirir. Mnatsakanyan isə sadəcə, etiraf etmək istəməsə də, bu təlimləri Tovuz təxribatına cavab olaraq qiymətləndirir.

İkincisi, “Türkiyə Şərqi Aralıq dənizi, Şimali Afrika və Orta Şərqdə apardığı siyasəti Cənubi Qafqaza daşımağa çalışır” ifadəsi boş və əsassızdır. Əvvəla onu deyim ki, Türkiyə bu regionlarda ya öz təhlükəsizliyini qorumaq üçün, ya da həmin ölkələrin qanunverici hakimiyyəti tərəfindən dəvət olunub. Xülasə, Zöhrab Mnatsakanyan bu kimi bir bəyanatla, sadəcə, gündəmi manipulyasiya etməyə çalışır”.

Politoloqun sözlərinə görə, Ermənistan əgər Türkiyənin Azərbaycanla birgə təlimlər keçirməsindən narahatdırsa, gərək özü də Rusiyanın ölkəsindəki varlığını dayandırsın:

“Bu gün Ermənistanda Rusiyanın bir yox, bir neçə hərbi bazası var. Bu bazaların bütün ehtiyaclarını Rusiya ödəyir. Bu gün Ermənistan sərhədlərini rus hərbiçiləri qoruyur. Ermənistan bir müddət öncə rus hərbiçiləri ilə birlikdə hərbi təlimlər keçirdi. Bunlar Azərbaycanı narahat etmir. Çünki Azərbaycan Ermənistan xaric, bütün qonşuları ilə çoxtərəfli əlaqələrə malikdir. Regionda sülh və əmin-amanlığın tərəfdarıdır. Lakin Türkiyənin Azərbaycana dəstəyi, birgə təlimləri bir daha onu göstərir ki, Ermənistan faktiki olaraq öz qonşularını hər zaman özü üçün potensial təhdid görür. Çünki özü işğalçıdır və bir gün bu işğallarına görə cavab verəcəyini yaxşı bilir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…