Əsas Səhifə Dünya İrəvanın “ton”u aşağı düşdü

İrəvanın “ton”u aşağı düşdü

7 dəqiqə oxundu
0
0
204

Ermənistan və Azərbaycan münaqişənin tərəfləri olsa da, danışıqlar masasında eyni ola bilməz. Çünki işğalçı və işğala məruz qalan bir ölkəni eyni qiymətləndirmək yanlışdır. Ermənistan bu reallığı unutmamalıdır. Bizim üçün torpaqlarımızın işğalı münaqişənin istənilən mərhələsinin əsas prioriteti olaraq qalır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasında çıxışı zamanı verdiyi bəyanat haqqında danışarkən deyib. Politoloq vurğulayıb ki, Mnatsakanyanın bəyanatı bundan öncəki bəyanatlardan fərqli idi:

“Mnatsakanyan 10-15 gün öncə qeyd etmişdi ki, torpaqların geri qaytarılmasından söz belə gedə bilməz. Lakin indiki bəyanatında “Ermənistan üçün konfliktin həllinin mərhələli və ya paket olacağı vacib deyil. Əsas məsələ həll planın reallaşdırılmasında tərəflərin balansı saxlamasıdır” deyir. Mnatsakanyanın bu bəyanatını Ermənistanın danışıqlara hazır olması kimi qiymətləndirmək olar”.

Q.Hüseynli bildirib ki, Ermənistan danışıqlar prosesində işğal faktını nəzərə almadan davranır:

“Ermənistan təkliflərində səmimi deyil. Çünki Ermənistanın danışıqlar prosesində konkret mövqeyi işğalçı ilə işğala məruz qalan bir dövləti eyni mərtəbədən qiymətləndirməkdir. Halbuki bu, mümkün deyil. Azərbaycan işğala məruz qalan ölkədir. Bu, danışıqların ilkin, dayişməz faktıdır. Ermənistan dəfələrlə beynəlxalq hüquqdan danışıb, “xalqların öz müqəddaratını həll etməsi”ni vurğulayır. Azərbaycan bu hüququ danmır və qəbul edir. Azərbaycan Prezidenti də hər dəfə bu məsələyə toxunaraq deyib ki, biz Ermənistan xalqının öz müqəddaratını təyin etməsinə hörmətlə yanaşırıq. Bu artıq bir dəfə olub və Ermənistan dövləti bu hüququn məntiqi yekunudur. Lakin Azərbaycan torpağında ikinci bir erməni dövləti qəbuledilməzdir. Ermənistan tərəfi bu qədər beynəlxalq hüquqdan danışdığı halda özü beynəlxalq hüququn şərtlərini kobudca pozmaqdadır. Mövcud münaqişə və Ermənistan tərəfinin mövqeyi bunun bariz sübutudur”.

Q.Hüseynlinin sözlərinə görə, Mnatsakanyanın bəyatanındakı ritorikaların yumşalmasında Rusiya faktoru var:

“Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik müzakirələrin intensivliyi müşahidə olunur. Xüsusilə də Rusiya XİN rəhbəri Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı mövqeyindən sonra Ermənistanın sərt ritorikası buna misal ola bilər. Lavrovun təklifindən sonra İrəvanın reaksiyası adekvat deyildi. Lakin hazırda biz Mnatsakanyanın daha mülayim fonda bəyanatının şahidi oluruq. Aydın məsələdir ki, Mnatsakanyanın danışıq tərzinin dəyişməsində Rusiya faktoru var. Çünki əslində Lavrovun bu bəyanatı həm də Ermənistana bir ultimatum idi. Faktiki olaraq Rusiya olmasa və iki ölkə təkbətək qalsa, bunun Ermənistan üçün nəticəsi ağır olacaq. Bunu Ermənistan da bilir. Düşünürəm, sadəcə, Rusiya yenidən bu reallığı Ermənistana xatırladıb ki, Mnatsakanyan bəyanatındakı sərt ritorikanı mülayimləşdirib”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Çinə ağır zərbə planı

ABŞ koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyanı Çindən təzminat olaraq…