İranda İmam Xomeyni adına kosmik mərkəzin buraxılış meydançasında raket partlayıb.

Sosialxəbər.az xəbər verir ki, bu haqda “Planet Labs Inc” şirkətinin peyk görüntülərini analiz edən Amerika KİV-ləri yazıblar.

Partlayış Semnan əyalətində yerləşən kosmodromda baş verib. Fotoşəkillərdə raket qalıqlarını, həmçinin qara tüstü görmək mümkündür.

Bir neçə saat sonra İranın kosmik agentliyindəki gizli mənbə peyk daşıyan raketin partlamasını təsdiq edib.