Əsas Səhifə Digər İrandan Netanyahunun Azərbaycana gəlişinə ŞOK İDDİALAR

İrandan Netanyahunun Azərbaycana gəlişinə ŞOK İDDİALAR

7 dəqiqə oxundu
0
0
33

“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri İran rəsmilərini və din xadimlərini qorxudub. İran rəsmiləri Netanyahunun Azərbaycandan İrana hücum təşkil etdiklərini fikirləşirlər”.

Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərinə saatlar qaldıqca, İran siyasilərinin və din xadimlərinin Azərbaycan əleyhinə açıqlamalarının sayı artır: “Bu gün artıq İrandan gələn üçüncü anti-Azərbaycan açıqlamanı oxudum. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib ki, guya Netahyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir. Hələ Möhsün Pakayin bir az diplomatik münasibət bildirib.
Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər. Netahyahunun Azərbaycana səfəri İran rəsmilərini və din xadimlərini elə qorxudub ki, sanki İsrailin baş naziri Bakıya ona görə gəlir ki, Azərbaycandan İrana hücum təşkil etsin. Bu mənə “Evrovision” yarışmasının Bakıda keçirildiyi günləri xatırladır. Həmin yarışma ərəfəsində də iranlı rəsmilər və din xadimləri avropalı müğənnilərin Azərbaycana gəlişini sanki İranın əsas təhlükəsizlik problemi elan etmişdilər. Niyə anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müsir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir? Aprel döyüşlərində İsrail dronlarının işğalçıya necə böyük zərər vurduğunu hamı gördü. Həmçinin İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır.
Buna baxmayaraq, Netahyahunun səfəri ilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılır: “Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək”. Əslində bu, rəsmi Bakının Tehrana mesajıdır ki, bizdən əl çəkin, qoyun işimizi görək, baxın, Fələstinin problemini də diqqətdə saxlayırıq”.
Politoloq qeyd edib ki, dünən Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti “Boeing”lə müqavilə imzalanıb: “İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. Bəs nə oldu, iranlı rəsmilərin və din xadimlərinin təbirincə desək, Amerika ən böyük şeytan idi, şeytana da 17 milyard dollar pul ödəyərlər? Ona görə də gedin işinizlə məşğul olun, “şeytandan” nə qədər təyyarə almağınız bizi maraqlandırmır, siz də bizim işlərimizə qarışmayın. Qarışsanız nə olacaq ki? İran Azərbaycandan İsrailin bizdən aldığı qədər neft alacaq, yoxsa modern silahları var ki, bizə satsın?”
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu bu gün Azərbaycana rəsmi səfərə gələcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Digər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…