Əsas Səhifə Başliqlar İranın məşhur saytı da İlham Əliyevin bu çıxışından yazdı

İranın məşhur saytı da İlham Əliyevin bu çıxışından yazdı

1 dəqiqə oxundu
0
0
157

İranın rəsmi xəbər agentliyi olan İRNA-nın saytında Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı barədə informasiya dərc olunub.

Sosialxəbər.az xəbər verir ki, yazıda Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqe nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmadığını və bundan sonra da olmayacağını qeyd edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar və beynəlxalq hüquq normalarını kobud şəkildə pozması barədə sessiya iştirakçılarına məlumat verib.

Ermənistanın törətdiyi cinayətlərdən danışan Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti rəsmi Yerevana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Azad edilən ərazilərlə bağlı açıqlamalarınız

Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyun…