Əsas Səhifə Cəmiyyət İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi 1 yaşını qeyd edir

İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi 1 yaşını qeyd edir

4 dəqiqə oxundu
0
0
327

Bu gün “Səssiz Dünya ” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.
Bu barədə Sosialxəbər.az- Birliyin mətbuat xidmətindən bildirilib. ” İctimai Birlik 28 iyun 2019 – cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

İctimai Birliyin bu müddət ərzinde geniş fəaliyyəti olmuşdu.İctimai Birliyin sədri Aidə Səfərovanın məlumatına görə ictimai birlik bu müddət ərzində 6 sosial çarx teqdim etmişdir ki bu sosial çarxlar eşitme ve danışma imkanları məhdud olan şəxslərə dəstək xarakteri daşıyır.

İctimai Birliyin təsisçisi və sədr müavini Mahmud Səfərov İctimai Birlik adindan Azərbaycanı bu müddət ərzində xarici ölkələrdə təmsil etmişdir.İctimai Birliyin nizamnaməsində qeyd olunan əsas məqsədlərindən biri regional ve beynəlxalq qrumlarla əlaqə yaradaraq birgə layihələrdə iştirakına nail olmuşdur. İctimai Birliyin təsisçisi Mahmud Səfərov BƏƏ Ukrayna Türkiyə Belarusiya Rusiya Özbəkistan və digər dövlətlərdə Azərbaycanı təmsil etmişdi.

İctimai Birliyin əsas məqsədlərindən biri idamanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təbliğ etmekdir.Bu məqsədlə Azərbaycan Milli Karate Federasiyası və Karlara Dəstək ictimai birliyi ilə üçtərəfli memorandum imzalayaraq eşitmə və danışma imkanları məhdud gənclərin idmana cəlb olunmasına xarici dövlətlərdə keçiriləcək yarışlara hazırlanmasına nail olmuşdu.Bundan əlavə “Səssiz Dünya ” İşarət Dilində Danışan Əlillərə və idmançılara dəstək ictimai birliyinin baş katibi Mahmud Səfərovun Milli Paralimpiya Komitəsinin və Heydər Əliyev fondunun dəstəyi ilə “Yenilmezler” adlı layihədə “Mahmudun Dünyası” adlı çıxışını Gənc Tamaşaçılar teatrında təqdim etmişdir..

Hal hazır ki Pandemiya dövründə isə ictimai birlik virusdan qorunma gigiyena qaydalarına riayət etmə haqqinda məlumatlandırıcı bir neçə işarət dilində video çarx yayımlamışdı.

İctimai Birliyin şüari ” Hər şey sizin öz əlinizdədi. Sədəcə Jest edin” .

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …