Əsas Səhifə Dünya İŞİD-in Avropaya hücumuna günlər qaldı – XƏBƏRDARLIQ

İŞİD-in Avropaya hücumuna günlər qaldı – XƏBƏRDARLIQ

1 dəqiqə oxundu
0
0
28

Avropol (Avropa İttifaqının polis xidməti) Milad və Yeni il bayramları ərəfəsində Avropada terror aktlarının mümkünlüyü barədə xəbərdarlıq edib.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Yunanıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Mənbə qeyd edib ki, terror aktları Fransa, Almaniya, Belçika və Şimali Avropa ölkələrində həyata keçirilə bilər. Agentliyin həmsöhbəti qeyd edib ki, müvafiq xəbərdarlıqlar dekabrın əvvəlində göndərilib.
Xatırladaq ki, dekabrın 19-da yük maşını Berlinin mərkəzində Milad bazarında toplaşmış insanların arasına girib. Nəticədə 12 nəfər həlak olub, 48-i yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Terror aktını törətməkdə 24 yaşlı tunisli Anis Amri şübhəli bilinir. Hazırda onun axtarışı davam edir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…