Əsas Səhifə Dünya İsrail hökuməti Səhiyyə Nazirliyinin tövsiyəsi ilə karantin qaydalarını sərtləşdirir

İsrail hökuməti Səhiyyə Nazirliyinin tövsiyəsi ilə karantin qaydalarını sərtləşdirir

2 dəqiqə oxundu
0
0
145

İsrail hökuməti Səhiyyə Nazirliyinin tövsiyəsi ilə karantin qaydalarını sərtləşdirir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu əhaliyə müraciətində deyib.

O bildirib ki, bundan sonra karantin məcburi xarakter daşıyacaq və qaydaları pozanlar cərimələnəcək:

“Ağır zamanda mən də ağır qərar vermək məcburiyyətindəyəm. Səhiyyə Nazirliyi evdə qalmaqla bağlı göstəriş verib. Həmçinin mən də fövqəladə bir neçə qərar imzaladım. Hərəkət məhdudiyyəti tətbiq edildi. Sizdən – İsrail vətəndaşlarından evdə qalmaq tələb olunur. Bu, xahiş, tövsiyə deyil, bu – əməl edilməsi vacib olan göstərişdir. Bilirəm ki, ağır olacaq, lakin sizdən əməkdaşlıq gözləyirəm. Məsələ insan həyatının xilasından gedir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Gəncədə yanacaqdoldurma məntəqəsi partladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri,…