Əsas Səhifə Slide-az İşsizliyə görə sığorta ödənişlərinin məbləği artır

İşsizliyə görə sığorta ödənişlərinin məbləği artır

2 dəqiqə oxundu
0
0
412

şsizlikdən sığorta fondunun gəlir və xərclərinin artırılması təklif edilir.

Sosialxəbər.az  xəbər verir ki, bu barədə “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklikdə yazılıb.

2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənmişdi.

Fondun xərcləri də eyni miqdarda müəyyən olunub.

Layihədə isə qeyd olunub ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif olunur.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…