Bu gün İstedadlı Əlillər İctimai Birliyinin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən IVERIA – DIAMOND – 2019 adlı beynəlxalq festivalında iştrak etmək üçün yola düşdülər.

Sosialxəbər.az xəbər verir ki, IVERIA – DİAMOND -2019 əlillər üçün ilk beynəlxalq mahnı, rəqs və incəsənət festivalıdır. Festival NNLE Social Enterprise xüsusi jurnalın dəstəyi ilə həyata keçirilir. Festival oktyabr ayının 3 –dən 7 –dək davam edəcək.
Ölkəmizi aşağıda adları qeyd olunan İstedadlı Əlillər İçtimai Birliyinin üzvləri ilə birlikdə Milli Paralimpiya Komitəsinin əlil arabasında rəqs idmanı üzrə idmançıları təmsil edəcəklər:
1. Rəsul Zəkiyev və Diana Şahbazova,
2. Bəhlul Əliyev,
3. Aysel Əlizadə,
4. İlqar Əhmədov,
5. Mehrac Dünyamalıyev,
6. Amid Həsənquluyev.

İştrakçıların və nümayəndə heyətinin festivalda iştrak etməsi üçün Birliyimizə təşkilatı və maddi dəstək olan Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Millət Vəkli Cavid Qurbanova, Abşeron rayon İcra Hakimiyətinə, Körpü –Bina –Tikinti MMC-yə Milli Paralimpiya Komitəsinə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına, Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinə, ARB televiziya kanalına İstedadlı Əlillər İctimai Birliyi adından təşəkkürümüzü bildiririk.