İstedadlı Əlillər İctimai Birliyi Abşeron rayonunda icma əsaslı soial reabilitasiya xidməti mərkəzi yaratdı. Bu barədə Sosialxəbər.az-a İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”-nin yaradılması adlı layihəsi 2019-cu il 01 may tarixdən 01 sentiyabır tarixədək Abşeron rayonnda həyata keçiriləcək.

Layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, Abşeron rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin icma əsaslı reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir. Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edəcək.
1. Sosial iş,
2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
3. Sosial-psixoloji dəstək,
4. Sosiallaşma və ünsiyyət,
5. Koqnitiv bacarıqlar və təhsil,
6. Nitq problemləri,
7. Hərəkət problemləri (fiziki inkişaf).
Mərkəzin fəaliyyətindən yararlanmaq istəyən Abşeron rayon sakinləri İstedadlə Əlillər İctimai Birliyi ilə əlaqə saxlaya bilər.

Əlaqə vasitələri: Tel. 050-999-30-79
E-poçt. istedadlieliller_ib@yahoo.com