Əsas Səhifə Slide-az Jurnalistin döyülməsinə nazirlikdən – Reaksiya

Jurnalistin döyülməsinə nazirlikdən – Reaksiya

4 dəqiqə oxundu
0
0
159

Gədəbəydə Anews.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov yayıb.

O bildirib ki, mayın 4-də saat 11.05-də Zaur Ələddin oğlu Qəmbərov şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən, onu da hədələyərək, mübahisə edib:

“İdarənin müdirini və işçiləri təhqir edib, hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub. Zaur Qəmbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy Rayon Prokurorluğuna müraciət olunub”.

Qeyd edək ki, Anyus.az xəbər portalının müxbiri Z.Qəmbərovun sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsində olarkən, şöbənin rəhbəri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülməsi və jurnalistin mobil telefonunun həmin şəxslər tərəfindən sındırılması barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov faktla bağlı ilkin materialların toplandığını və baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Prokurorluğuna göndərildiyini bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu

Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub. Sosialxəb…