Əsas Səhifə Siyasət Kılıçdaroğlu terroru dayandırmağın yolunu göstərdi

Kılıçdaroğlu terroru dayandırmağın yolunu göstərdi

1 dəqiqə oxundu
0
0
32

CHP millət vəkilləri və partiya nümayəndələrinin iştirakı ilə qapalı toplantı keçirilib. CHP-nin əsas qərargahında keçirilən toplantıda AKP-nin konstitusiya təklifi qarşısında partiyanın izləyəcəyi yol xəritəsi müzakirə olunub.

Mətbuata qapalı keçirilən və 7 saat davam edən yığıncaqdan sonra K.Kılıçdaroğlu jurnalistlərə açıqlama verib.
Partiya lideri ölkədə son günlərdə baş verən terror hücumlarından danışıb. Onun sözlərinə görə, prezidentlik sistemi üçün hazırlıqlar ölkədə böyük faciəyə səbəb olub:

“Türkiyə son iki ildə demək olar ki, prezident tərəfindən idarə olunur. Bu səbəbdən Türkiyə artıq terrora təslim olub. Bu xalq Atatürkün özünə istəmədiyi vəzifəni başqa heç kimə verməz. Xalq prezidentlik xəyalına “dur” desə, qan və göz yaşı da dayanar”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…