Kiyev Donbas münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlarda sonsuz danışıqlar apara bilməz və aparmayacaq.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Ukraynanın yeni Xarici İşlər naziri Vadim Pristayko deyib.

“Bizə sülh və stabillik lazımdır. Bunlar müharibənin bizdən oğurladıqlarıdır”, – deyə Pristayko bildirib.