Əsas Səhifə QHT - lər Könüllü tələbələr “COVİD-19 koronavirusa birlikdə qalib gələk” adlı aksiyaya qoşuldular

Könüllü tələbələr “COVİD-19 koronavirusa birlikdə qalib gələk” adlı aksiyaya qoşuldular

2 dəqiqə oxundu
0
0
194

Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində COVİD-19 pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işnin təşkili” layihəsi çərçivəsində işlərini davam etdirir.

Bu barədə Sosialxəbər.az-a  layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. O, qeyd edib ki, bu gündən başlayaraq 5 könüllü-tələbələr “COVİD-19 KORONAVİRUSA BİRLİKDƏ QALİB GƏLƏK!” adlı aksiyaya qoşuldular. Onlar Sumqayıt sakinləri arasında koronavirus epidemiyası ilə bağlı məlumatlandırma işləri ilə yanaşı, maarifləndirici bukletlər və tibbi maskaları payladılar.İlk maarifləndirmə işi Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Ən ucuz market” və 9 mikrarayon ərazisi oldu. Onlar sakinlərlə görüşüb onlara bukletlər və tibbi maskalar payladılar. Bu aksiya avqust ayının sonuna kimi davam edəcək.

Birliyin sədri Mətanət Zeynalova könüllü-tələbələrin əhalinin koronavirusla bağlı maarifləndirmə işində böyük əzmlə çalışmalarını qeyd etdi.

 

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…