Əsas Səhifə Sağlamlıq Koronavirusun ikinci dalğasından qorxmamalıyıq

Koronavirusun ikinci dalğasından qorxmamalıyıq

3 dəqiqə oxundu
0
0
87

Koronavirusun ikinci dalğasından qorxmamalıyıq.

Sosialxəbər.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər dalğa koronavirusa nə qədər qalib gəldiyimizin sübutudur:

“İkinci dalğanın olub-olmadığını yalnız geriyə baxdıqda, rəqəmlər əsasında deyə bilərik. Hazırda yoluxmaların sayında artım var. Biz hazırda düzgün müalicə üsulları və vaksini gözləməklə yanaşı, yeni həyata öyrəşməliyik. Sosial məsafə qaydaları, gigiyena tədbirlərini yaxın bir il ərzində gözləməliyik ki, xəstə sayı artmasın”.

O əlavə edib ki, testlərin aparılması və təkmilləşdirilməsi davam edir:

“Yaxın zamanda insanın koronavirusu keçirib-keçirmədiyini müəyyənləşdirən testlər tətbiq olunacaq. ÜST Azərbaycanla əməkdaşlıq çərçivəsində kütləvi yerlərdə bu testləri tətbiq edəcək. Nə qədər çox insan bu virusa yoluxub, sağalıbsa, geridə qalanlar bir o qədər təhlükəsizdir”.

Hande Harmancı bildirib ki, virus 5 aydır yayılıb və bir insanın ikinci dəfə virusa yoluxub-yoluxmayacağını öyrənmək üçün zaman lazımdır:

“Biz bildiririk ki, insanda virusa qarşı immunitet formalaşacaq. Lakin bunu öyrənmək üçün də vaxt lazım olacaq”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…