Əsas Səhifə Slide-az Koronaya görə itirilmiş dərs günlərini necə bərpa edək?

Koronaya görə itirilmiş dərs günlərini necə bərpa edək?

8 dəqiqə oxundu
0
0
331

Bu kimi fövqəladə hallarda, gözlənilmədən elan edilən tətil günlərində itirilmiş dərs günlərini onlayn dərslərlə əvəz etmək mümkündür. Xarici təcrübədə bu var və illərdir ki, həyata keçirilir. Belə halda elan edilmiş tətil günündə şagirdlər həm boş qalmır, həm də itirilmiş dərs günlərini bərpa edir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov koronavirusa görə martın 3-də elan edilən və sonra 20 marta qədər uzadılan tətil günlərini səmərəli etməyin yolları barədə danışarkən deyib.

E.Qafarov bildirib ki, bunun üçün hər məktəbin Yutubda öz rəsmi səhifəsi olmalı və orada məktəb müəllimlərinin hər birinin dərsi izah etmə videosu yerləşdirilməlidir:

“Bu kimi vəziyyətlərdə uşaqlar həmin videolardan istifadə edərək dərslərini hazırlaya bilər. Yutubda az sayda bir çox müəllimin belə videosu var. Bunların əksəriyyəti müəllimlərin özləri tərəfindən fərdi şəkildə hazırlanmış materiallardır. Əslində isə bu kimi hallara əvvəlcədən hazır olmaq lazım idi. Belə olduğu təqdirdə məktəblilər məcburi tətil zamanı dərslərdən geri qalmır, proqramı öyrənmiş olurlar. Bu, həmçinin onun üçün vacibdir ki, artıq tətil günləri bitdikdən sonra itirilmiş dərslərin, proqramın bərpası üçün əlavə dərs günləri təyin edilmir.

Bu, həm də distant təhsilin inkişafı üçün vacibdir. Ancaq təəssüf ki, biz distant təhsilə meyilli deyilik. Bu səbəbdən bizim heç bir müəllimimizin Yutubda özünün il boyu keçdiyi dərslər üzrə video-materialı yoxdur. Olanlar da çox azdır”.

Ekspert əlavə edib ki, belə videolar təkcə fövqəladə hallar üçün nəzərdə tutulmayıb:

“Hər hansısa şagird xəstələnə, uzun müddət dərsdən qala da bilər. Bu kimi hallarda məktəbli oxuduğu məktəbin Yutub səhifəsi vasitəsilə keçirilən dərsləri müəllimlərin izahlı videoları ilə öyrənə bilər”.

Təhsil eksperti bildirib ki, bu, sistem olaraq Azərbaycan məktəblərinin hamısına tətbiq edilsə, mükəmməl bir iş olar:

“Hazırda real vəziyyətdə ancaq Təhsil Nazirliyinin bu funksiyanı yerinə yetirən dərslik saytı ilə kifayətlənmək olar. Nazirlik yaxınlarda bununla bağlı bir açıqlama vermişdi. Nazirliyin bu kimi funksiyaları yerinə yetirən saytları var ki, ayrı-ayrı müəllimlər dərslikdəki proqramları izahlı şəkildə danışır. Məktəblilər bu kimi materiallardan istifadə edə bilərlər. Ancaq təbii ki, valideynlər həmin materialları tapıb uşağın dinləməsinə kömək etməlidir”.

E.Qafarov əlavə edib ki, bu gün bizim məktəblərdə bu sistemi yaratmaq üçün maddi-texniki baza var:

“Əslində bizim bütün məktəblərin maddi-texniki bazası buna imkan verir. Bilirsiniz ki, məktəblərin əksəriyyətində kameralar var. Həmçinin otaqlarda da kameralar var ki, bu vasitə ilə ancaq müəllimin dərsi izah etdiyi hissələr götürülməklə, o materiallar məktəbin Yutub səhifəsinə yerləşdirilə bilər. Bunun üçün müəllimlərdən də əlavə bir şey tələb edilmir. Müəllim, adi formada, həmişə olduğu kimi dərsini izah edir və dərsin həmin o hissəsi internetə yerləşdirilir. Təxminən 1 ilə qədər vaxt lazımdır ki, bu sistem tətbiq edilsin. O qədər də çətin və qəliz iş deyil. Nəzərə almaq lazımdır ki, müasir dünyada tez-tez epidemiyalar yayılır və bu kimi tətillər qaçılmaz olur. Bu baxımdan məktəblərin Yutub səhifələrini yaratamaqda tələsmək lazımdır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…