Əsas Səhifə Sağlamlıq Koronaya təkrar yoluxmamaq üçün

Koronaya təkrar yoluxmamaq üçün

1 dəqiqə oxundu
0
0
226

Ümumiyyətlə, yaranmış bu vəziyyət ömürlük və uzun müddət qalıcı deyil, lakin koronavirusun çoxsaylı ştamları əmələ gəlir. Ona görə də bir neçə aydan sonra virusu keçirib sağalmış şəxslərin təkrar yoluxması mümkündür.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla koronavirusa təkrar yoluxma halları ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirusdan sağalan şəxslərin bədənində yaranmış anticisimlər təkrar yoluxma zamanı gücünü itirə bilər:

“COVİD-19-un mutasiyaya uğramış xeyli variantı var. İlk yoluxmadan sonra yaranan anticisimlər insan bədənində uzun müddət qalmır. Ola bilsin ki, insanların bədənində bir ştama immunitet yaransın, digərinə isə yox. Və yaranmış immunitet tədricən zəiflədiyindən bir dəfə koronavirus infeksiyasını daşımış şəxsin təkrar yoluxmaması üçün daha ehtiyatlı olmasını tövsiyə edirəm”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…