Əsas Səhifə Slide-az Krediti olan ailələrə şad xəbər

Krediti olan ailələrə şad xəbər

2 dəqiqə oxundu
0
0
243

“Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

Sosialxəbər.az Modern.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda müraciət edən ailənin son bir il ərzində götürdüyü kredit onun gəliri hesab olunur:

“Bu, bir çox hallarda ailələrin sosial yardım ala bilməməsinə səbəb olurdu. Yeni dəyişikliklərə əsasən isə kreditlər ünvanlı sosial yardım təyin edilərkən heç bir halda nəzərə alınmayacaq”.

Qeyd edək ki, “Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsi Nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…