Əsas Səhifə Dünya “Krosa” tayfununa görə bir çox reys ləğv edilib

“Krosa” tayfununa görə bir çox reys ləğv edilib

1 dəqiqə oxundu
0
0
21

Yaponiyada azı 1,7 min nəfər gecəni Osaka şəhərinin hava limanında keçirməyə məcbur olub. “Krosa” tayfununa görə bir çox reys ləğv edilib.

Sosialxəbər.az xəbər verir ki, hava limanının administrasiyası sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb.

Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.

Cümə axşamı Yaponiyada ümumilikdə 250-yə yaxın reys təxirə salınıb. Tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.

Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

Gəncədə yanacaqdoldurma məntəqəsi partladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri,…