Əsas Səhifə Mədəniyyət Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər

Kuklaçılar “Qara balığın nağılı”nı təqdim etdilər

4 dəqiqə oxundu
0
0
5,114

Sosialxəbər.az bildirir ki, Koronovirus pandemiyasının tüğyan etməsinə rəğmən yaradıcılıq planlarını təxirə salmayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşasını hazırlayıb.
Belə ki, aylar öncə məşqlərinə başlanılan “Qara balığın nağılı” teatrın bədii şurası tərəfindən qəbul edilərək cari repertuara daxil edilib.
Məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan bu fərqli səhnə yozumlu tamaşa yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.
Səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı uşaq tamaşası üç aktyorun canlı plan və kukla oyunu toplusudur.
Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandırdıqları obrazlar (8-i kukla olmaqla) vasitəsilə uşaqlar dərin mənalar ehtiva edən səhnə əsərinin tamamlanmış vizual həllini görəcəklər. Çoxfunksiyalı kuklalar, plastik həll və harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsi ərsəyə gətirən Namiq Ağayev fərqli kukla texnikalarına müraciət edib.
O, bu yeni səhnələşdirmə vasitəsilə tamaşaçılara əzmkarlıq, cəsarət, mübarizlik və ən əsası nikbinlik aşılamaqla bütün savaşların sonundakı mütləq qələbəni göstərməyə çalışıb.
Beləcə bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyini “Qara balığın nağılı”nın timsalında həll edən peşəkar kuklaçı rejissor əsər müəllifinin əsas ideyasını saxlamaqla uşaqlar və böyüklər üçün maraqlı, yaddaqalan səhnə işi hazırlayıb.
Qeyd edək ki, tamaşanın istər məşq, istərsə də qəbulu prosesi sosial izolyasiya qaydalarına əməl olunaraq aparılıb.

Teatrın mətbuat xidməti

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Mədəniyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Bu, Ermənistan üçün utancdır

Dağlıq Qarabağ münaqişəsində son gərginlik dünya erməni icması və Ermənistanın özü üçün ut…