Əsas Səhifə Cəmiyyət Küləyin uçurduğu köşk tapıldı

Küləyin uçurduğu köşk tapıldı

2 dəqiqə oxundu
0
0
32

 

N.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb. SOCAR-ın rəsmi saytı xəbər verir ki, 15.12.2016-cı il tarixində güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisədə itkin düşən neftçilərin axtarış işləri davam etdirilir.

Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Maraqlıdır ki, faciyə ilə əlaqədar yaradılmış operativ qərargahdan AzNews.az-a bildirdilər ki, köşkün tapılması ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…