Əsas Səhifə Hadisə Kürdəmir rayonunda taxıl zəmisində yanğın başlayıb

Kürdəmir rayonunda taxıl zəmisində yanğın başlayıb

1 dəqiqə oxundu
0
0
7

Kürdəmir rayonunda biçilməmiş taxıl zəmisində yanğın başlayıb.

Sosialxəbər.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində Fikrət Məcid oğlu Abdullayevə məxsus taxıl sahəsində baş verib. Yanğın 44 hektar taxıl sahəsinin 2 hektarını əhatə edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, taxıl biçini aparılarkən kombaynın səsboğucu borusundan od püskürüb və 2 hektar sahə tamamilə yanıb. Yanğının artıq söndürüldüyü bildirilir.
Hazırda fermerə dəyən ziyan araşdırılır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub. Sosialxəbər.az xəbər verir ki, Nəsim…