Əsas Səhifə Sağlamlıq Kütləvi yoluxma olan kənddə son durum – Açıqlama

Kütləvi yoluxma olan kənddə son durum – Açıqlama

2 dəqiqə oxundu
0
0
158

Kürdəmir rayonunun Pirili kəndində koronavirusa kütləvi yoluxmanın qarşısı alınıb.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a Kürdəmir İcra Hakimiyyətinin Pirili kənd nümayəndəsi Nəriman Nərimanov deyib. O bildirib ki, kənddə son həftədə yalnız 1 nəfər yoluxub:

“İyulun 15-dən bəri kənddə 46 nəfər koronavirusa yoluxub. Son 1 həftədə yalnız 1 nəfər yoluxub, dünən və bu gün isə yoluxma qeydə alınmayıb. Hazırda vəziyyət normaldır. Yoluxanlardan 35 nəfər artıq sağalıb. Kənd polis nəzarəti altındadır. Virus ocaqları dezinfeksiya edilib. Yoluxmanın qarşısını almaq üçün əhalinin bir-biri ilə təmasda olmasına imkan verilmədi”.

Kənd nümayəndəsi onu da qeyd edib ki, yoluxma daha çox qadınlar arasında qeydə alınıb.

Qeyd edək ki, ötən həftə Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədovanın kənddə koronavirusun geniş yayılmasına səbəb olması və 45 nəfərin virusa yoluxması barədə məlumat yayılmışdı.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…