Əsas Səhifə Cəmiyyət Lənkəranda #e-vətəndaş proqramının təqdimatı keçirilib

Lənkəranda #e-vətəndaş proqramının təqdimatı keçirilib

2 dəqiqə oxundu
0
0
8

Bu gün Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS Xidmətə daxil olan e-vətəndaş proqramının təqdimatı keçirilib.

Sosialxəbər.az xəbər verir ki, Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək e-vətəndaş proqramı barədə ətraflı məlumat verib və vətəndaşları QHT layihələrininin qiymətləndirilməsi prosesində fəal iştiraka çağırıb.

Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı və Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru İdrak Əsgərov da çıxışlarında e-vətəndaş xidmətinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə e-vətəndaş xidmətindən istifadə qaydalarıyla bağlı video təlimat nümayiş etdirilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…