Əsas Səhifə İdman Lionel Messi cəzalandırılmağa hazırlaşır

Lionel Messi cəzalandırılmağa hazırlaşır

2 dəqiqə oxundu
0
0
5

Cənubi Amerikanın futbol konfederasiyası (CONMEBOL) Argentina yığmasının kapitanı Lionel Messini cəzalandırmağa hazırlaşır.

Sosiaxəbər.az xəbər verir ki, buna səbəb Messinin konfederasiyanı korrupsiyada ittiham etməsidir.

Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə 3-cü yer uğrunda oyundan sonra konfederasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarının Braziliyanın turnir qalibi olmaq üçün çalışdıqlarını deyib.

Qurum 32 yaşlı hücumçunun bu açıqlamasına artıq münasibət bildirib və belə addımları “qəbulolunmaz” sayıb.

Bunula kifayətlənməyən CONMEBOL rəhbərliyi Messini 2 il millinin oyunlarından kənarlaşdırmaq fikrindədir.

Bu cəza tətbiq olunarsa, Messi Amerika Kuboku-2020 və DÇ-2022-nin seçmə mərhələsinin oyunlarını buraxmalı olacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin İdman

Bir cavab yazın

Bunu da oxu

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub. Sosialxəbər.az xəbər verir ki, Nəsim…