Əsas Səhifə Slide-az Liseylərin V siniflərinə qeydiyyat başlayır

Liseylərin V siniflərinə qeydiyyat başlayır

2 dəqiqə oxundu
0
0
267

Avqustun 12-də 2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başlayır.

Sosialxəbər.az bildirir ki, İdarədən Axar.az-a verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə şagird qəbulu üçün ərizələrin elektron qeydiyyatı sy.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) sy.edu.az elektron sisteminə daxil olaraq müvafiq bölmədə özü və şagird haqqında tələb olunan məlumatları qeyd etməli, şəxsi səhifə yaratmalı və istədiyi liseyə sorğu yerləşdirməlidir. Elektron qeydiyyat 20 avqust tarixində başa çatacaq.

Qeydiyyatdan keçirilmiş şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Müsabiqənin 25 avqust tarixində təşkil olunması nəzərdə tutulur.

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…