İqtisadçı Qitanas Nauseda, Litvada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Sosialxəbər.az xəbər verir ki, o, seçicilərin 74% səsini toplayıb.

Q.Nausedanın rəqibi İnqrida Şimonite isə 26% səs toplamağa nail olub.

Seçkilərdə ümumilikdə 2,472 milyon vətəndaş iştirak edib.

Q.Nauseda prezident kürsüsündə Baltikanın “Dəmir qadını” hesab olunan Dalia Qribauskayteni əvəz edəcək.