Əsas Səhifə Dünya Lukaşenko: Rus muzdlular İstanbula getmirdi, burada

Lukaşenko: Rus muzdlular İstanbula getmirdi, burada

2 dəqiqə oxundu
0
0
817

Minsk saxlanılan Rusiya vətəndaşları ilə bağlı Moskvaya əlavə informasiya verməyə hazırdır.

Sosialxəbər.az  xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz yalanla siyasət qurmuruq. Media üzərindən bir-birimizə qışqırmaqla problem həll olunmaz. Biz heç nə gizlətmirik, amma bizə həqiqət lazımdır”, – Lukaşenko bildirib.

Belarus lideri vurğulayıb ki, rus muzdlular heç də Moskvanın dediyi kimi, İstanbula uçmaq istəməyiblər:

“Onlar müxtəlif məqsədlər üçün Belarusa gəliblər”.

Buna baxmayaraq, Lukaşenko saxlanılanlara qarşı diqqətli olmağı tapşırdığını bildirib:

“Onlar əlbəttə günahkardırlar, ancaq bu o demək deyil ki, saxlanılanlara qarşı sərt tədbirlər görülməlidir. Onlar əsgərdir. Əmr ediblər, onlar da gəlib. Onlara əmr verən və bura göndərən tapılmalıdır”.

Qeyd edək ki, Belarus “Vaqner” qrupunun 33 üzvünü saxlayıb. Minskin iddiasına görə, 200-dən çox rusiyalı muzdlu Belarusda çevriliş həyata keçirmək niyyəti ilə ölkəyə gəlib. Digərlərinin yaxalanması istiqamətində tədbirlər davam edir.

Rusiya isə bu ittihamı rədd edib və “Vaqner” qrupu üzvlərinin Belarusdan tranzit ölkə kimi istifadə etdiklərini açıqlayıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…