“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi,Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
2019-cu ilin may ayının 10-dan “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” layihəsinin icrasına başlayır.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Zenfira Mustafayeva məlumat verib. Onun sözlərinə görə, Layihə Sumqayıt şəhərində və yaxın regionlarda icra ediləcəkdir. Layihənin əsas məqsədi müxtəlif tədbirlərin təşkili vasitəsi ilə məcburi əməyin qadağan edilməsi sahəsində dövlət orqanları tərəfindən həyata keçirlən tədbirlərə dəstəyin verilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində Təşkilatın ofisində və rayonlarda məcburi əmək, insan alveri mövzularında dəirmi masalar, içtimai müzakirələrin keçirilməsi, ehtiyacı olan şəxslərə hüquqi və psixoloji yardımların göstərilməsi, maarifləndirmə kompaniyasının təşkil edilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin “Məcburi əmək”, “Əmək müqaviləsi” barədə sorğuların aparılması nəzərdə tutulub.
Layihə bir çox QHT, KİV və dövlət orqanları ilə əməkdaşlıq edilmək ilə icra ediləcəkdir.
Layihənin mövzusu, təşkil ediləcək tədbirlər və göstəriləcək pulsuz xidmətlər barədə ətraflı məlumat almaq istəyən şəxslər Təşkilatın Sumqayıt şəhəri, 1-ci mikr, bina 45B ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.

Əlaqə nömrələri (018) 642-48-27, (050) 680 22 22, (050) 300 87 88