Əsas Səhifə Hadisə Məhkəmədən Rəhim Qazıyevlə bağlı – Qərar

Məhkəmədən Rəhim Qazıyevlə bağlı – Qərar

4 dəqiqə oxundu
0
0
612

Bu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan keçmiş Müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması ilə bağlı verdiyi apelyasiya şikayətinə baxılıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub. Qərara əsasən, R.Qazıyevin apellasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, R.Qazıyevin vəkili E.Sadıqov onun ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Daha sonra vəkil apellyasiya şikayəti verib.

Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri R.Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

R.Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…