Əsas Səhifə Cəmiyyət Məişət zəmnində baş verən zorakılıqlara susmayaq layihəsinin icrasına start verildi

Məişət zəmnində baş verən zorakılıqlara susmayaq layihəsinin icrasına start verildi

5 dəqiqə oxundu
0
0
51

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən, məişət zəmnində baş verən zorakılıqlara susmayaq! layihəni icra planına uyğun olaraq həyata keçirəcək, üzərimizə düşən işləri məsuliyyətlə yerinə yetirəcəyik. Bu barədə Sosialxəbər.az-a “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Gəncə, Mingəçevir, Şəki şəhərlərində keçiriləcək görüşlər “Məişət zəmnində baş verən zorakılıqlara susmayaq” layihəsinə start verildi. Xatırladaq ki, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi, Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu, hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.

Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Bununla bağlı tədbirlərin təşkili layihəsi çərçivəsində ailə münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işinin aparılması məqsədilə Gəncə, Mingəçevir, Şəki şəhərlərində yerləşən qənc ailələrə layihə ekspertinin təqdimatında prizentasiya və flim nümayiş olunacaq; Rayonlarda yaşayan 100 ( yüz) nəfər gənc və gənc ailə üzvünün iştirakı ilə təqdimat tədbirlərinin keçrilməsi nəzərdə tutulmuşdur. Daha sonra icra planına uyğun olaraq, sonda Bakı şəhərində layihəmizin yekunlarına həsr olunan dəyirmi masa keçriləcəkdir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Bu dövlət qurumun 5 əməkdaşı koronaya yoluxdu

Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub. Sosialxəbər…