Əsas Səhifə Mədəniyyət “Məşədi İbad”ın Gülnazı vəfat etdi

“Məşədi İbad”ın Gülnazı vəfat etdi

3 dəqiqə oxundu
0
0
117

Azərbaycanın tanınmış aktrisası, diktor və mədəniyyət xadimi, mərhum Tamara Gözəlova bu gün dəfn olunacaq.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Report-a onun oğlu Vasif Ağamirov məlumat verib.

O bildirib ki, T.Gözəlova Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

“Hazırda dəfn mərsimi başlayıb. Dəfn mərasimində kənar şəxslər yoxdur, ancaq öz ailə üzvlərimiz iştirak edir”, – deyə V.Ağamirov deyib.

Qeyd edək ki, T.Gözəlova mayın 8-i günorta saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Elə həmin ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi İbad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Mədəniyyət

Bir cavab yazın

Bunu da oxu

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həya…