Əsas Səhifə Slide-az “Məşğulluq” altsisteminə daxil edilən vakansiyaların sayı 17 500-ə çatıb

“Məşğulluq” altsisteminə daxil edilən vakansiyaların sayı 17 500-ə çatıb

2 dəqiqə oxundu
0
0
280

Sosialxəbər.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsisteminə boş iş yerləri barədə məlumatların daxil edilməsi prosesi davam edir.

İşəgötürənlər tərəfindən altsistemin “Vakansiya bankı”na daxil edilən iş yerlərinin sayı artıq 17 500-ə çatıb.

Məşğulluq” altsistemi işəgötürənlərin işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənməsinə, vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilmələrinə imkan verir. Vakant iş yerləri üzrə işsiz və işaxtaran şəxslərə göndərişlərin verilməsi prosesi isə elektron infrastruktur üzərində həyata keçirilir.

Qeyd edək ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində vakansiya bankına daxil etməlidirlər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Ordumuz bu ərazini atəşə tutmur, yalandır – MN

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Vardanes rayonu ərazisində yerləşən hərbi his…