Əsas Səhifə Hadisə Məşhur şirkətin direktoru məktub yazdı və özünü öldürdü

Məşhur şirkətin direktoru məktub yazdı və özünü öldürdü

1 dəqiqə oxundu
0
0
504

Moskvada “Pioner” tikinti şirkətinin direktoru Andrey Qrudin öz ofisində intihar edib.

Sosialxəbər.az xəbər verir ki, hüquq-mühafizə orqanları Qrudinin ölümündən öncə yazdığı məktubu tapıb.

“Xahiş edirəm, məni bağışlayın, heç kəs günahkar deyil”, – məktubda bildirilib.

Onun niyə intihar etdiyi məlum deyil.

Qeyd edilir ki, 1969-cu il təvəllüdlü Andrey Qrudinin iki ali təhsili var. 2001-ci ilə qədər Rusiyanın ən böyük tikinti materialları şirkətlərindən birinə rəhbərlik edib.

2001-ci ildə Leonid Maksimovla birgə “Pioner”i yaradıb. “Pioner” Moskvada və Sankt-Peterburqda yaşayış binalarının tikintisi ilə məşğul olur.

Şirkətin aktivlərinin dəyəri 60,6 milyard rubldur. Ötən il dövriyyəsi 40 milyard, təmiz gəliri isə 7,6 milyard rubl olub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …