Əsas Səhifə Cəmiyyət Məşhurlar: “Canınız 1000 dəfə daha çox yansın”

Məşhurlar: “Canınız 1000 dəfə daha çox yansın”

3 dəqiqə oxundu
0
0
31

Məşhurlardan “terrora yox” şüarları: “Canınız 1000 dəfə daha çox yansın”
Türkiyənin tanınmış simaları dünən gecə İstanbulda törədilən iki terror hadisəsi ilə bağlı öz fikirlərini sosial şəbəkələrdə bölüşüblər.

Türkiyə mətbuatı xəbər verir ki, idman və sənət dünyası bütün Türkiyəni yasa boğan xain terror hücumuna sosial şəbəkədən etiraz edib, lənət yağdırıb.

Arda Turan: “Terrora lənət olsun. Ölkəmizin, millətimizin başı sağ olsun. Cənnət vətənimizi təslim alacaqlarını düşünənlər qəhr olsun”.

Yalın: “Biz bu zalımlığa inad yaşamağa davam edəcəyik! Gözəl Türkiyəm, başın sağ olsun”.

Bülent Parlaq: “Partlayış anında Beşiktaşdaydım, matçdan çıxmışdım. İnsanlar can hayında idi, qaçırdılar”.

Esra Erol: “Bütün yaralı polislərimizə şəfalar diləyirəm. Ailələri indi pərişandır. Allah səbir versin. İnşallah, daha acı xəbərlər almarıq”.

Rıza Kocaoğlu: “Of, of, ümid edirəm ki, kimsəyə bir şey olmaz, maraqlanan yoldaşlar ölmədik, amma yaxşı də deyilik. məmləkətimin başı sağ olsun”.

Mehmet Oxucu: “Çox keçmiş olsun, Beşiktaş! Keçmiş olsun, gözəl ölkəm”.

Sinan Gülər: “Bombaların olmadığı, insanların bomba qorxusu deyil, dinclik içində yaşadığı günlərin bir an əvvəl gəlməsini istəyirik”.

Ece Erken: “Kimin canını yandırdısa, sizin canınız ondan 1000 dəfə daha çox yansın! Allah bəlanızı versin! Ölün! Allah qorusun bizi”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…